Search is not available for this dataset
text
stringlengths
10
518k
Yayılan görüntülər dəhşət saçır.
Baharın sonunu gətirən hadisənin təfərrüatları:Meyiti iki il sonra həyətdən çıxdı.
Erkən nikaha girib ana olduğu deyilən 11-ci sinif şagirdinin anası nələrin üstünü açdı?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-yə səfərə yollanıb.
O, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək.
İ.Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.
O, Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq.
Bildirilir ki, Rusiya və Ukrayna arasında davam edən müharibə, həmçinin Qafqazdakı vəziyyət də müzakirə mövzusu olacaq.
Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.
Azərbaycan Audiovizual Şurasından verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Müsabiqəyə iki ərizəçi sənədlərini təqdim edib:""“Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı:“Sağlam Radio”)"“Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı:“Həyat FM”)"“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.
Lənkəranın Separadi, Tükəvilə, Diryan və Gəgiran kənd sakinləri yol problemindən əziyyət çəkirlər.
Onların sözlərinə görə, dörd kəndi əhatə edən bu problem illərdir ki, davam edir:""“Biz çox pis vəziyyətdəyik.
Yol bərbad gündədir, maşınlar dağılır, sürmək olmur.
Maşınlarımız ayda iki dəfə ustaya gedir.
Xəstəmiz olanda təcili yardım gələ bilmir”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, sözügedən kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması planlaşdırılır.
Bununla bağlı olaraq növbəli şəkildə maliyyə vəsaitinin ayrılması və həmin yollarda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, buna uyğun olaraq, Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.
“Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür.
“Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır.
Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində qlobal iqlim dəyişikliklərinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.
2023-cü ildə yenilənmiş sənəddə isə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb.
Bununla yanaşı 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.
Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəallığı ilə seçilən ölkəmizin “Qlobal Metan Vədi”nə qoşulması onun dünyada etibarlı “yaşıl” enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirəcək.
Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, “yaşıl” hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir.
Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.
Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan “Daevoo” markalı avtomobillə VAZ-21015 markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb.
N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda üç, Göyçayda isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, dövlət xadimi Nəriman Nərimanovdur.
N.Nərimanov doqquz uşağın sonbeşiyi idi.""Onun atası Kərbəlayi Nəcəf xırda ticarətlə məşğul olardı.
Ailənin yükünü əsasən Nəriman və böyük qardaşı Salman çəkib.
Nərimanov öz məktublarında yazırdı:""“Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxaraq, 30 ildə 11 adam tərbiyə etdim.
Hamını yerbəyer edəndən sonra yenə də təhsil almağa başladım”.
1906-cı ilin avqustunda Bakıda Müsəlman müəllimlərinin 1-ci qurultayı keçirilir.
Qurultayda çıxış edən Nərimanov Hacı Zeynalabdin Tağıyevin qəzəbinə tuş gəlir.
Hacı həmin qurultayda çıxış edərək Nərimanova qarşı sərt ittihamlar irəli sürür.
Nərimanov 44 yaşında özündən 14 yaş kiçik olan Gülsüm xanımla ailə qurur.
Bu izdivacdan onların Nəcəf adlı övladı dünyaya gəlir.
Sonralar Gülsüm xanım Nərimanov haqqında deyəcəkdi:""“Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram.
Mən Nəriman Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insan gördüm.
Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu...”.
1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilir.
Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış edirlər.
Çıxışlar zamanı Nərimanov və Rəsulzadə arasında fikir ayrılığı yaranır.
Əvvəllər “Hümmət” təşkilatında birlikdə çiyin-çiyinə çalışmış Nərimanov və Rəsulzadənin, fərqli siyasi görüşlər səbəbindən yolları ayrılır.
Doktor Nərimanov Cümhuriyyət rəhbərlərini Rusiya inqilabını anlamamaqda ittiham edirdi.
Nərimanovla Cümhuriyyətçilər arasında olan ziddiyyətlərin ən böyük səbəbi 1918-ci ildə baş vermiş Mart qırğınlarıdır.
Mart soyqırımı dönəmində Nərimanovun əqidə yoldaşları S.Şaumyan, P.Çaparidze ilə eyni ideya daşıyıcısı olması, ona qarşı münasibəti kökündən sarsıdır.
Mart soyqırımı zamanı Nərimanovun Şaumyana sərt məktubu “Hümmət” qəzetində nəşr olunur.
Mart hadisələri ona çox pis təsir edir, əsəb sarsıntısı keçirir, gəzə bilmir, həkimlər onu Həştərxana xəstəxanaya göndərirlər.
Doktor Nərimanı evindən xərəkdə çıxarırlar.
Nəriman Nərimanov bolşevik bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.Azərbaycanın taleyinə biganə qala bilməyən Nərimanov Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında onunla hesablaşdı.
Nərimanov bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib.
Nərimanovun Qarabağın Azərbaycanın tərkibində qalmasında misilsiz xidməti olub.
O, dəfələrlə Qarabağ mövzusunu son anda ermənilərin lehinə səs verən komissiyaların müzakirəsindən çıxara bilib.
Nəriman Nərimanov bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:""“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi.
Mənim vaxtımda bu mümkün olmamışdı”.
Lakin bütün bu səylərə baxmayaraq, tarixə “Nərimanov bəyannaməsi” adı ilə düşən sənəddə Zəngəzurla Naxçıvanın Ermənistana verilməsi öz əksini tapır.
2023-cü il fevralın 2-də 2009-cu il təvəllüdlü Günay Şadatovanın 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olur.
Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları araşdırmalara başlayırlar.
Araşdırmalar zamanı məlum olub ki, hadisə Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən boş torpaq sahəsində baş verib.
Cinayəti törədən şəxsin hadisə vaxtı istifadəsində olan ağ rəngli “Hyundai Elantra” markalı avtomobil Kürdəxanı qəsəbəsində, 6 saylı uşaq bağçasının yanında tapılır.
Avtomobilə baxış keçirilərkən saxlanc yerindən, içərisində Zaur Babayevə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, iki ədəd lombard qəbzi, oturacaqların arasında dəstəyi taxta materialdan olan mətbəx bıçağı, arxa oturacağın və sağ qapının üzərində qan ləkələri aşkar edilir.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Zaur Babayev dəfələrlə məhkum olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Şadatova bədən səthində 6 ədəd bıçaq yarası, həmçinin qançır və sıyrıqlar aşkar edilib.
Ölümünə ürəyin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəb olub.
Əfsanə Şadatovanın isə əllərində, sol baldır və sağ ayağında ümumilikdə yeddi ədəd bıçaq yarasının olması müəyyən edilib.
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2019-cu ilin axırlarında Əfsanə Şadatova qızı Günay Şadatova ilə birlikdə 14-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət edərək göstərib ki, rəsmi nikahsız yaşadığı Zaur Babayev onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Bundan hiddətlənən Zaur Babayev dekabrın 15-i saat 23 radələrində Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 9 ünvanında kirayədə yaşadıqları evdə bıçaqla Əfsanə Şadatovanı öldürəcəyi ilə hədələyib.
Ondan və qızından paltarlarını soyunmalarını tələb edib.
Evin qonaq otağında Əfsanə Şadatovanın yalvarışlarına məhəl qoymayıb, rəhmsizliklə 14 yaşına çatmayan qızı ilə qeyri-təbii yola cinsi əlaqədə olub.
Daha sonra cinayətkar əməllərini davam etdirərək, eyni otaqda Günay Şadatovanın gözləri qarşısında, anasını zorlayıb.
Eyni əməllər Zaur Babayev tərəfindən, bu hadisədən 10 gün sonra yenə təkrarlanıb.
2023-cü il yanvarın 28-də Əfsanə Şadatova 14-cü Polis Bölməsində növbəti dəfə ərizə yazaraq göstərib ki, o, qeyri-rəsmi əri, övladı isə atalığı Zaur Babayev tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıblar.
Bundan sonra qadın uşaqları ilə birlikdə evi tərk edərək, başqa ünvana köçüb.
Ona məlum olmayan başqa evə köçüb ayrı yaşamalarından, habelə əvvəllər törətmiş olduğu cinayət əməllərinin ifşa olunacağından ehtiyat edən Zaur Babayev qisas almaq qərarına gəlib.
Fevralın 1-i saat 22 radələrində zəng edib, Əfsanə Şadatova və onun birinci nikahdan olan azyaşlı oğlu Muradla Bakı Beynəlxalq Avtovağzalının qarşısında görüşüb.
Barışmaq istədiyini, əvvəllər etdiyi hərəkətlərə görə onu bağışlamasını bildirib, yalandan peşman olması görüntüsü yaradaraq, qadını aldadıb.
Əfsanə Şadatovanın könlünü aldıqdan sonra, onları icarəyə götürdüyü “Hyundai” markalı (99-CU-287) avtomobilə əyləşdirib və fevralın ikisi gecə saat bir radələrində əvvəllər birgə kirayədə yaşadıqları evin qarşısına gətirib.
Avtomobilin arxa oturacağında əyləşərək Əfsanə ilə bir qədər söhbət edəcəklərini deyib, onun oğlunu evə yola salıb.
Törətmək fikrində olduğu alçaq niyyətli cinayət əməlini asanlaşdırmaqdan ötrü, maşında bıçaqla qadına zərbələr vurub.
Sonra zorla evə salıb, əl-qolunu yapışqan lentlə və kəndirlə bağlayıb, Əfsanəyə xəsarətlər yetirib və onu hamam otağına salıb, qapını bağlayıb.
Murad Şadatovdan bacısı Günay Şadatovanın olduğu yeri öyrənərək, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, 16 ünvanında yerləşən evə yollanıb.
Yetkinlik yaşına çatmayan qızı anasının yanına aparacağı bəhanəsi ilə aldadaraq, avtomobilə əyləşdirib, gecə saat üç radələrində Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən boş əraziyə gətirib.
Zorla maşından düşürdükdən sonra, ətrafda heç kimin olmadığı şəraitdə, cinsi ehtirasını pozğun yolla təmin etmək məqsədilə, fiziki cəhətdən özündən dəfələrlə gücsüz və müqavimət göstərmək iqtidarında olmamasını dərk edərək, qızın üzünə və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı zərbələr vurub, ondan paltarlarını çıxartmasını tələb edib.
Üzü üstə yerə yıxaraq, müqavimətini qırıb, onun aman diləyən yalvarışına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıqla Günay Şadatovanı zorlayıb.
İşgəncə və xüsusi ağrılar verdiyini anlayaraq, halsız vəziyyətdə yerdə qalan qızın başına, üzünə və boyununa bıçaqla ardıcıl zərbələr vurub və öləcəyini düşünərək, oradan qaçıb.