Search is not available for this dataset
text
stringlengths
10
518k
Daxil olan məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşlarının köməkliyi ilə Günay Şadatova Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu hərəkəti ilə, Zaur Babayev zorlama ilə əlaqədar zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Zaur Babayev ətraflı ifadə verməkdən imtina edib.
Fevralın 4-də istintaq eksperimenti zamanı, Zaur Babayev evdə Əfsanə Şadatovanı bıçaqla vurması, əllərini və ağzını yapışqan lentlə bağlayıb, hamam otağında kilidli vəziyyətdə qoyması, çöllük ərazidə Günay Şadatovaya bıçaqla xəsarətlər yetirib, onu zorlaması barədə ifadəsində göstərdiklərini bir daha təsdiq edib.
Zərərçəkmiş Əfsanə Şadatova ifadəsində göstərib ki, 2008-ci ildə Azər Şadatovla ailə həyatı qurub.
2009-cu ildə qızı Günay və 2011-ci ildə Murad dünyaya gəlib.
Spirtli içki alüdəçisi olan yoldaşı 2012-ci ildə vəfat edib:""“2017-ci ildən Maştağa qəsəbəsi, Südçülük Sovxozunda yerləşən qadın geyimləri mağazasında satıcı işləyirdim.
Həmin müddət ərzində taksi fəaliyyəti ilə məşğul olan və həmin mağazaya müştəri gətirən Zaur Babayevlə tanış olmuşam.
1 ay ərzində aramızda yaxın münasibət yarandı, birlikdə yaşamaq qərarına gəldik.
Zaur əvvəllər Aynur adlı qadınla evli olub.
Boşanandan sonra birinci arvadı və uşaqları ilə əlaqəsi olmayıb.
Valideynlərim razı olmasalar da, Zaura qoşulub qaçdım və Maştağa qəsəbəsinin M.Hüseynzadə küçəsində fərdi evdə yaşadıq.
Zaurla ailə qurduğum üçün ata-anam, qardaşım və bacılarımla əlaqəm kəsildi, hazırda da onlar məni qəbul etmirlər.
İlk vaxtlarda münasibətimiz yaxşı idi.Ərim mənə və övladlarıma lazım olan qayğını göstərirdi.
Zaur tikintilərdə fəhləlik edirdi.
Narkotik vasitələr istifadə etmirdi.
Təxminən 3-4 aydan sonra Zaur evdə əsassız söz-söhbət yaradıb, müxtəlif bəhanələr gətirərək birinci nikahdan olan övladlarımı döydü.
Bunun qarşısını almaq istədikdə, mənə qarşı da zor tətbiq etdi.
Əfsanə Şadatova"Zaurla nikahımızdan 2019-cu ildə Günel adlı qızım və 2021-ci ildə Adil adlı oğlum dünyaya gəldi.
2019-cu ildə ailəlikcə Bərdə rayonuna getdik.
Bakıya qatarla qayıdanda, yer olmadığından Günay Zaurun yanında yatdı.
Evə gələndən sonra qızım mənə xəlvətcə dedi ki, qatarda atalığı onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bundan əlavə qızım mənə danışdı ki, son bir il müddətində, evdə olmamağımdan istifadə edən Zaur dəfələrlə paltarlarını soyundurub, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bununla bağlı 14-cü bölməyə müraciət etdim və ərim 1 ay müddətinə inzibati qaydada həbs olundu.
Həbsxanadan gələndən sonra uşaqlara görə barışdıq və yenə onunla yaşamaqda davam etdim”.
2022-ci il dekabrın 15-də və 25-də Zaur barəsində bölməyə şikayət etdiyinə görə, onu və qızı Günayı ölümlə hədələyib, onlardan soyunmalarını tələb edib.
Sonra hər ikisi ilə iradələrinə zidd olaraq cinsi əlaqədə olub:""“Yanvarın 27-də övladlarımı özümlə götürüb Sabunçu qəsəbəsində, kirayə tutduğum evə köçdüm.
Həmin ünvanın yerini Zaura deməmişdim.
Növbəti gün Günayla birlikdə bölməyə ərizə ilə müraciət edərək, Zaur Babayevin qızımı zorlaması barədə məlumat verdim.
Polis əməkdaşları mənə bildirdilər ki, ekspertizanın cavabı daxil olduqdan sonra material aidiyyəti üzrə prokurorluğa göndəriləcək.
Fevralın 1-i saat 21 radələrində Zaur yeni aldığım nömrəmə zəng vurub barışmaq istədiyini və əməllərindən peşman olduğunu söyləsə də, ona inanmadım.
Yoldaşım dayanmadan zənglər edib, ismarıclar yazırdı.
Məni aldadaraq, Gürcüstana gedəcəyini, axırıncı dəfə məni görüb, uşaqlar üçün bazarlıq edəcəyini və bir daha heç kimi incitməyəcəyini bildirdi.
Zaurun sözlərinə inanıb, yaşadığım ünvana taksi çağırıb oğlum Muradla birlikdə əvvəlcə Avtovağzala getdik.
Marketin qarşısında Zaurun idarə etdiyi avtomobilə əyləşib Maştağa qəsəbəsinə, əvvəl yaşadığımız evə gəldik.
Murad maşından düşüb evə girəndən sonra, Zaur arxa oturacaqda, yanımda əyləşdi.
Bıçaqla boğazıma tərəf zərbə vurmaq istəyəndə, hər iki əlimlə alətin tiyəsindən tutdum və bu an barmaqlarım kəsildi.
Sonra ayaqlarımdan xəsarət aldım.
Ağzımı yapışqan lentlə, əl-qollarımı isə iplə bağladı.
Sürüyə-sürüyə avtomobildən düşürdüb, məni hamam otağına saldı.
Zaur bunu edə-edə mənə “hələ bu harasıdır, gedib qızını da gətirib, yanında öldürəcəyəm” dedi.
Sonradan özümə gələrək, əllərimi bir təhər açıb güc toplayaraq, ayağa qalxdım.
Bir təhər qonşunun həyətinə çatdım və orda yerə yıxıldım.
Qonşum Səbinə səsə çölə çıxdıqda, ondan xahiş etdim ki, dərhal polisə zəng vursun.
Bir müddətdən sonra Təcili Tibbi Yardım işçiləri gələrək, məni xəstəxanaya apardılar.
Qızım Günayın hansı şəraitdə öldürülməsi barədə hər hansı məlumatım yoxdur”.
Əfsanə Şadatova əlavə edib ki, Zaur Babayev dekabr ayında ona və qızına qarşı etdiyi seksual xarakterli hərəkətlərini onun mobil telefonu ilə çəkib.
Amma sonradan ona və qızına məxsus telefonları “Dakar” ticarət mərkəzində lombarda girov qoyaraq, müqabilində 200 manat pul götürüb.
Şahid Elçin Əbilov ifadəsində göstərib ki, hadisə yerinə gəlib, Əfsanə Şadatovanın əri tərəfindən bıçaqlandığını və əl-qolu skoçla bağlı vəziyyətdə, qonşunun həyətinə keçdiyini biliblər:""“Nə baş verdiyini soruşanda o, qeyri-rəsmi yaşadığı şəxsin ona bıçaqla xəsarətlər yetirdiyini və qızını öldürmək üçün, başqa evə getdiyini bildirib.
Zaur Babayevi necə tapa biləcəyimizi soruşanda qadın, onun qəsəbənin girişində, Asif adlı şəxsin işlətdiyi şirkətdən kirayəyə ağ rəngli “Hyundai” markalı maşını götürdüyünü dedi.
Əməliyyat qrupu ilə ora yollanıb, həmin şəxsi sorğu-sual etdik.
GPS vasitəsi ilə maşının olduğu yeri müəyyən edib, məhəllənin giriş və çıxışlarını bağladıq.
Qaçmağa cəhd edən Zaur Babayevi tutduq.
Günay Şadatovanın harada olduğunu soruşanda, o, qızı zorladığını, ona bıçaqla xəsarətlər yetirib boş ərazidə atdığını və bəlkə də itlərin onu parçaladığını bildirdi.
Dediyi ərazidə qızı tapanda, o, hələ sağ idi.Günayı maşınla Məmmədyarov dairəsinə qədər aparıb, orda Təcili Tibbi Yardım işçilərinə təhvil verdik”.
Lombarddan götürülmüş “Redmi Note 9” markalı mobil telefonlara baxış zamanı, qovluqda ailə fotoşəkilləri və pornoqrafik xarakterli videoçarxlar aşkar edilib.
Məhkəmə iclasında Zaur Babayev ittiham üzrə özünü qismən təqsirli bilib.
O, prosesdə elan edilən məhkəmə-genetik ekspertizasının rəyi ilə razılaşmayaraq bildirib ki, Günay Şadatova ilə cinsi əlaqədə olmayıb, onu zorlamayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Məhkəmə Zaur Babayevin məhkəmə iclasında verdiyi ifadələrini öz müdafiəsi üçün verdiyi ifadələr kimi qiymətləndirib və onları inandırıcı hesab etməyib.
Məhkəmə qənaətə gəlib ki, Zaur Babayevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6-cı (zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə), 120.2.9-cü (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ağır nəticələrə səbəb olduqda), 149.2.4cü (zorlama, zərərçəkmiş şəxsləri öldürmə hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5-cü (zorlama, təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Babayev ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin cənub sərhədləri boyunca, İraq və Suriyada mövcud təhdidləri aradan qaldırmaq üçün hazırlıq görüldüyünü deyib.
Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra danışıb.
“Biz İraq sərhədlərimizdə təhlükəsilziyi təmin edəcək halqanı tamamlamaq üzrəyik.
İnşallah, bu yay İraq sərhədlərimizlə bağlı məsələni həmişəlik həll etmiş olacağıq.
Biz bölgədəki hər kəsi onlara aydın şəkildə izah etdiyimiz təhlükəsizlik strategiyamıza hörmətlə yanaşmağa dəvət edirik.
Əks halda, yaranacaq gərginliyin səbəbkarı olacaqlar”, - deyə Ərdoğan bəyan edib.
O əlavə edib ki, Türkiyəni cənub sərhədləri boyunca terror təşkilatı ilə diz çökdürə biləcəklərini düşünənlərə yeni kabuslar gətirəcək hazırlıqlar aparılır.
ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.
Ali Məhkəmə Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edib.
Qərarda deyilir:“ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”.
Xatırladaq ki, daha əvvəl Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi.
Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.
Şairə Nazilə Səfərli müğənni Rəqsanənin qızı Yanadan (əsl adı Yağmurdur) danışıb.
Lent.az-ın xəbərinə görə, o, teleproqramlardan birində Yananın çox fərqli ifa tərzi olduğunu söyləyərək, onun sənətdə çoxlarını ötüb keçəcəyinə inandığını bildirib.
Yana ondan da, Aysundan da yaxşı oxuyur.
Bu qız Çin, yapon dillərini öyrənir, fərqli bir dünyası var.
Oxu tərzi çox fərqlənir, onun ulduza çevriləcəyinə inanıram”.
Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib.
Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğunu bildirib.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Dərələyəz İcması İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov olub.
O, Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindən, ata-baba yurdundan söhbət açıb.
Bildirib ki, valideynləri, qohumları əsrarəngiz təbii gözəlliyə, səfalı havaya, mülayim iqlimə malik Dərələyəzdən 1951-ci ildə deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşıblar.
S.Vəkilov qeyd edib ki, o dövrdə mülkiyyət hüququ pozulan, zorla evini, el-obasını tərk etməyə məcbur olan soydaşlarımız vaqonlarda ev heyvanları ilə birgə daşınıb aran zonasına gətiriliblər.
Burada iki ilə yaxın müddətdə torpaq evlərdə - qazmalarda yaşamağa məhkum olublar.
Onun sözlərinə görə, köçürülənlərin böyük bir qismi iqlim dəyişməsi səbəbindən, xəstəliklərdən həyatını itirib.
Hüquqşünas söyləyib ki, məcburi qaydada köçürülən ailələrin hər birinin həyat hekayəsində böyük faciə var.
Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan danışan S.Vəkilov tarixi torpaqlarımızın, soydaşlarımızın müdafiəsində xüsusi fəallıq göstərən Çivə taboruna diqqət çəkib.
Bildirib ki, xalq qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi bu tabor erməni yaraqlılarına qarşı çox ciddi müqavimət göstərib, minlərlə soydaşımızın həyatını xilas edib.
O, babası Əhməd bəy Vəkilovun da bu taborda daşnaklara qarşı vuruşduğunu söyləyib.
Bildirib ki, ermənilər el qəhrəmanı Balo bəyin başına pul mükafatı qoyublarmış.
Lakin erməni quldurları heç cür onu qətlə yetirə bilməyiblər.
Əvəzində isə sovet hakimiyyəti illərində Balo bəy Vəkilovu şərləyərək həbs etdirib, hətta ona ölüm hökmü verdiriblər.
Yalnız görkəmli dövlət xadimi, Balo bəy Vəkilovun əmisi oğlu İlyas Vəkilovun köməkliyi ilə xalq qəhrəmanını ölümdən və həbsdən xilas etmək mümkün olub.
Ötən əsrdə azərbaycanlılara qarşı həyata keçirilən sonuncu deportasiyadan söhbət açan S.Vəkilov deyib ki, bu məcburi köçürülmə prosesi də bir çox ağrı-acılarla yadda qalıb.
Onun sözlərinə görə, 1987-1988-ci illərdəki proseslərdə ermənilər 200-dən çox soydaşımızı müxtəlif işgəncələrə məruz qoyaraq qətlə yetiriblər.
Hüquqşünas deyib ki, 1948-1953-cü illərdə zorla Qərbi Azərbaycandan Bərdə rayonunun İmirli kəndinə köçürülən azərbaycanlıların həyat hekayəsi kitab şəklində dərc olunub.