Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bildirilib ki, “Qərbi Azərbaycandan deportasiya.
|
İmirlidə məskunlaşma” adlı bu kitabda xalqımızın başına gətirilən müsibətlər, məcburi köçürülmə hüquq kontekstində araşdırılıb.
|
S.Vəkilov sonda vurğulayıb ki, Qərbi Azərbaycan türklərinin tarixi torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir.
|
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
|
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
|
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
|
Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.
|
Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
|
Qərarın “ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq” qəbul edildiyi bildirilib.
|
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.
|
21:52"2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.
|
Bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
|
Məlumata görə, Ermənistan İstintaq Komitəsi Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və o, təmin edilib.
|
Son illər qazla işləyən avtomobillərin sayında artım müşahidə olunur.
|
İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur.
|
Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur.
|
Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevrilir.
|
Bəs görəsən qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir?
|
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qaz mühərrikli avtomobillərin alışmasının və partlamasının müxtəlif səbəbləri var:""“Ümumiyyətlə avtomobillər üçün benzindən başqa istifadə olan yanacaqlara alternativ yanacaq vasitələri deyilir.
|
Buna dizel, elektrik və maye qazla işləyən maşınlar aiddir.
|
Qazla işləyən nəqliyyat vasitələrinin özünəməxsus payı var.
|
Eyni zamanda qazla çalışan maşınlar xüsusi diqqət tələb edir.
|
Qazla işləyən maşınlar müdaxilələr olduqda alışa və hətta partlaya bilər.
|
Eyni zamanda yanacaq ötürücüləri mühərrikə düzgün qoşulmadıqda da təhlükə yaranır.
|
Əsasən iqlimi ifrat dərəcədə isti olan ölkələrdə ümumiyyətlə qazla işləyən avtomobillərin istifadəsi təhlükəlidir və qəbul olunmur.
|
Azərbaycan gəldikdə isə, son 5 ildə qazla işləyən maşınlarda hansısa partlayış qeydə alınmayıb.
|
Amma bəzi hallarda alışma və yanma hədisələri özünü göstərir və bu o demək deyil ki, bu cür maşınlar qazla bağlı partlayışdan sığortalanıb”.
|
Ekspert sürücülərin diqqət etməli olduğu nüanslara aydınlıq gətirib:""“Bu növ maşınlara mütləq şəkildə ciddi nəzarət və vaxtında yoxlanışlar lazımdır.
|
Qazla işləyən avtomobillərin təmiri zamanı usta seçiminə diqqət etmək əsas şərtdir.
|
Bəzən olur ki, ustalar hansısa vacib ehtiyat hissəsini atır və avtomobilə qoşmur.
|
Bu isə özlüyündə qaz sızıntısına və avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər.
|
Qaz mühərrikli maşınlar digərlərinə nisbətən dəhşətli dərəcədə təhlükəlidir.
|
Bu cür maşınlar partladıqda ətrafda faciəvi və dağıdıcı fəsadlar verir.
|
Belə hallarla qarşılaşmamaq üçün mütləq şəkildə avtomobilin texniki baxımına və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.
|
Sürücülərə tövsiyəm odur ki, ümumiyyətlə çalışdıqları qədər digər yanacaq növlərində çalışan avtomobillərə üstünlük versinlər.
|
Düzdü, qaz mühərrikli avtomobillər benzin və dizellə müqayisədə olduqca qənaətcildir, sadəcə onun texniki baxımına həssas yanaşılmalıdır”.
|
Naməlum şəxslər Paris regionunda yerləşən böyük xəstəxananın inzibati direktorunun avtomobilindən 2024-cü il Yay Olimpiadası zamanı təşkilati tədbirlər haqqında məxfi məlumatların olduğu notbuku oğurlayıblar.
|
Məlumata görə, hücum edənlər şüşəni sındıraraq avtomobildəki çantanı aparıblar.
|
Çantanın içində isə Olimpiya Oyunlarının keçiriləcəyi yerlərə gedən marşrutlar haqqında məxfi məlumatların yazıldığı notbuk olub.
|
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
|
Xatırladaq ki, bu, son səkkiz gündə Paris Olimpiadası ilə bağlı ikinci məlumat oğurluğudur.
|
Fevralın 26-da Mərakeş əsilli şəxs paytaxt meriyasının mühəndisinin bel çantasını şəhərətrafı qatardan oğurlayıb.
|
Onun içərisində də notbuk və Oyunlarda təhlükəsizlik tədbirləri haqqında məlumatların yazıldığı fləş-kartlar olub.
|
Hücum edən şəxs bir neçə gün ərzində saxlanılıb və artıq 7 aylıq həbs cəzası alıb.
|
Oğurlanmış notbuk və fləş-kartları isə tapmaq mümkün olmayıb.
|
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
|
Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır.
|
Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir.
|
Belə ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışanların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edirlər.
|
Bu məsələ tibb ictimaiyyətinin haqlı narazılığına səbəb olur.
|
Çünki sadalanan sahələr üzrə həm rezidentura, həm internatura təhsili alan, ixtisası estetik və ya LOR cərrah olanlar heç bir təhsil və lisenziya almayan başqa həkimlərlə rəqabət aparmalı olurlar.
|
Acınacaqlı hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.
|
“Medicina” xəbər verir ki, belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.
|
Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır.
|
O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.
|
Son beş ildir estetik cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib.
|
Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.
|
“Medicina”nın əməkdaşı məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək üçün ikinci təhsil, ixtisasartırma, lisenziya alıb-almaması ilə maraqlanıb.
|
Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək, belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.
|
Fuad Abdullayevin sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi “Lanset Cərrahlıq klinikası”na ünvanlanan məktuba isə belə cavab verilib:""“Fuad Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir”.
|
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Musa Ehtiram oğlu Eyvazlının odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
|
Bu barədə Oxu.Az-a Hərbi Prokurorluqdan bildirilib.
|
Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
|
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
|
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
|
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecin vergi borcu yaranıb.
|
“Qaynarinfo”nun məlumatına görə, dövlət kollecinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 12,807,41 manat vergi borcu var.
|
Borc kollecin direktorunun adına qeyd edilib.
|
Uzun müddətdir müğənnilik fəaliyyətinə fasilə verən Aygün Rəhimova ailə qurub.
|
Sənətçi toy fotolarını sosial şəbəkə hesabında paylaşıb.
|
Aygün həyat yoldaşının üzünü gizlədib.
|
Axşam.az xəbər verir ki, ifaçını dostları da ailə qurması münasibətilə təbrik ediblər.
|
Qeyd edək ki, Aygün bir müddət əvvəl ana olub.
|
O, sosial şəbəkədə soyadını dəyişərək Abduraxmanova qoyub.
|
Aygün tamaşaçılara “Yeni ulduz” yarışmasından tanışdır.
|
Şəkidə evlərin divarlarını bəzəyən qədim buxarı ənənəsi bu gün davam etdirilməsə də, memarlığı hələ də hər kəsi valeh edir.
|
Azərbaycanda zənginlik simvolu sayılan buxarının bir neçə formalarından istifadə olunub.
|
Hazırda isə Şəkidə 200-dən çox yaşı olan ev buxarı ənənəsini özündə qoruyub saxlayıb.
|
Ətraflı “AzTV Xəbər”in süjetində:
|
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Qarabağın zəfər simvolu sayılan “Xarıbülbül” döş nişanı hədiyyə edilib.
|
Hədiyə XİN rəsmisinə hazırda Rusiyada davam edən Dünya Gənclər Festivalı çərçivəsindəki “Bilik.Birincilər” maarifləndirici marafonu zamanı təqdim olunub.
|
Qeyd edək ki, “Xarıbülbül” 44 günlük müharibədə Azərbaycanın qələbəsinin simvolu hesab olunur.
|
Əri ilə münasibətlərini düzəltmək məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.
|
“Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.
|
İşə Nəcibənin anası da qarışıb.
|
Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb.
|
Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.
|
Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib.
|
O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib.
|
İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib.
|
Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib.
|
Bütün işlərin üstü də bundan sonra açılıb.
|
Araşdırma nəticəsində G.Qasımova həbs edilib.
|
İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır.
|
Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.
|
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
|
Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb.
|
Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub.
|
Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.