Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
|
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.
|
Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərləniblər.
|
Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.
|
Ağdamın Yeni Ergi qəsəbəsinin sakinləri iki kəndi birləşdirən körpünün qəzalı vəziyyətdə olmasından şikayətçidirlər.
|
Onların sözlərinə görə, körpü hər an uçub dağıla bilər.
|
Həmçinin, qəsəbənin yolları da bərbad vəziyyətdədir.
|
Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
|
Daha ətraflı “ATV Xəbər”in süjetində:
|
Ukraynada gedən müharibə fonunda göstərdikləri döyüş üstünlüyünə, əsasən də 2022-ci ildə Mariupolun müdafiəsində göstərdikləri dirənişə görə daha çox diqqət çəkən “Azov” briqadası yenidən cəbhənin müxtəlif həlledici nöqtələrində döyüşlərə qatılıb.
|
Ən həlledici döyüş tapşırıqlarını yerinə yetirən “Azov” briqadasının bölmələrində cəmləşən şəxsi heyətin özünün daxili qaydaları var.
|
Bu hərbi intizam prinsiplərindən tutmuş adi ünsiyyət qaydasına qədər müxtəlif sahələrdə özünü göstərir və ən əsası özləri də etiraf edirlər ki, ölkələrinin ərazi bütövlüyü uğrunda göstərdikləri müqavimətə görə qarşı tərəfin daha çox diqqətindədirlər.
|
Baku TV-nin əməkdaşı “Azov” briqadasına məxsus döyüş bölüklərindən birində olub və “Azov”çuların döyüş yolu ilə tanış olub.
|
Müharibənin ilk günlərindən işğalın canlı şahidi olduğunu deyən “Azov” döyüşçüsü bildirib ki, burada tam fərqli münasibət var, şəxsi heyət arasında millətçi yanaşma mövcuddur:""“Döyüş hazırlığı da başqalarından fərqlənir.
|
Valideynlərim, bacım Xersonu tərk ediblər, amma Ukraynadadırlar.
|
Mən işğal altında yaşamalı oldum.
|
Düşmənin özünü ev sahibi kimi aparıb hər şeyi diqtə etdiyini gördüm.
|
Səni hər an yaxalayıb ölkədən çıxara bilərdilər.
|
Tam cəzasızlıq mühiti idi.Sonra da “sizi azad etməyə gəlmişik” deyirdilər.
|
Bu cür halların olmaması üçün vətənin müdafiəsinə gəldim.
|
İstənilən problemin həlli üçün burada sənə yardım edərlər”.
|
Bakının müxtəlif ərazilərində yerləşdirilmiş taksofonların əksəriyyəti qeyri-işlək vəziyyətdədir.
|
2012-ci ildə yaradılan bu telefon köşkləri artıq reklam lövhələrinə, zibil qutusu və ya çirkli bir yerə çevrilməkdədir.
|
Məsələ ilə bağlı “Baktelekom”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Yasamal Rayon İcra hakimiyyətindən isə bildirilib ki, taksofonlar onlara aid deyil.
|
Daha ətraflı Baku TV-nin süjetində:
|
Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur.
|
Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz, beş kiloqrama yaxın çəki ata bilərsiniz.
|
Oxu.Az bu möhtəşəm içkinin hazırlanmasını təqdim edir:""Bir stəkan suyu qaynadın.
|
Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin.
|
Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin.
|
Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz.
|
Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.
|
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
|
Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.
|
Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.
|
Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
|
Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlər keçirəcək.
|
Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
|
Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.
|
Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
|
Türkiyəli müğənni Serdar Ortaçın növbəti paylaşımı Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı olub.
|
“Olay” yazır ki, müğənni Abdullayevanın ifasını dinləyib kövrəldiyi anları izləyiciləri ilə bölüşüb.
|
Onun mahnının sözlərini zümzümə etməsi də diqqətdən qaçmayıb.
|
Qeyd edək ki, Serdar zaman-zaman Əməkdar artistə heyranlığını dilə gətirir.
|
A post shared by Oxu.Az (@oxuaz)
|
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçiriblər.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
|
Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux rayon sakini Elşən Xəlilov saxlanılıb.
|
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki çantadan “qara bazar”da qiyməti 500 000 manata yaxın olan 14 kq 926 qram çəkidə narkotik vasitə (heroin) aşkar edilərək götürülüb.
|
İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
|
Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib.
|
Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını bir müddət əvvəl gizlətdiyi yerdən götürüb Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib.
|
Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.
|
Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.
|
Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
|
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə rayon sakini Namiq Hüseynov saxlanılıb.
|
Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.
|
Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
|
Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
|
Dövlətə xəyanətdə ittiham olunan Əli Behiştinin (Əliyev) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.
|
Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.
|
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
|
Qeyd edək ki, ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Əli Behişti (Əliyev) saxlanılıb.
|
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
|
Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb.
|
O, ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
|
Ali Məhkəmədə Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
|
Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
|
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
|
Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.
|
Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir.
|
Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
|
Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
|
Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
|
Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib.
|
Şikayət hakim Həsən Əhmədovun sədrliyi ilə araşdırılacaq.
|
Qeyd edək ki, cinayət materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 00:20-də sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşub.
|
Nəticədə ehtiyatsızlıqdan “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər.
|
Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.
|
İttihama görə, məhkəmə istintaqı zamanı tərtib olunan tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0, 517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkarlanıb.
|
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib.
|
O özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib.
|
E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixdə Sumqayıt şəhərində dostları ilə yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona zəng edərək hərarətinin qalxdığını deyib:""“Oğluma evə gəldiyimi bildirdim.
|
Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi.
|
Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim.
|
Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm.
|
Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğumdan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar.
|
Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxardım.
|
Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Daewoo Damas” markalı maşınla toqquşdu.
|
Nəticədə ölüm hadisəsi baş verdi.
|
Özüm də ciddi xəsarətlər aldım.
|
Hadisədən sonra huşsuz vəziyyətdə oldum.
|
O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə, içki içən deyil:""“Həmin günü də orada içki qəbul etməmişdim”.
|
Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb.
|
Məhkəmə istintaqı zamanı tədqiq olunan yol-nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Land Rover” markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.
|
Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanunun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.