Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Lakin bu tamamilə yanlış düşüncədir.
|
Çünki bir çox sürücü bu formada düşündüyündən sol zolaqda sıxlıq yaranır və hərəkət etmək çətinləşir, sağ zolaqla isə daha rahat və təhlükəsiz hərəkət etmək olur.
|
Statistikalara görə, qəzaların əksəriyyəti sol zolaqlarda baş verdiyi üçün sağ zolaqlar daha təhlükəsiz zolaqlar hesab olunur.
|
Sürücülərə tövsiyə olunur ki, istənilən yolda hərəkət edərkən sağ zolaqlara üstünlük versinlər.
|
Ötmə və manevrlər üçün sol zolaqları boş saxlasınlar”, - deyə qeyd edilib.
|
Şəkidə kişi sirkə turşusu içərək ölüb.
|
APA xəbər verir ki, 1968-ci il təvəllüdlü Füzuli Məhərrəmov yaşadığı mənzildə həyat yoldaşı tərəfindən ölü aşkarlanıb.
|
Bildirilib ki, Füzuli Məhərrəmov həmin gün sərxoş vəziyyətdə səhvən sirkə turşusu içib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.
|
APA xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.
|
Niyaməddin İsgəndərov idarə etdiyi “Dnepr-11” markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.
|
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
|
Faktla bağlı cinayət işi başlanılıb.
|
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
|
Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrupu fəaliyyət göstərir.
|
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, İşçi Qrupunun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib.
|
“Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.
|
2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.
|
Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür”.
|
R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrupu tərəfindən aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək.
|
“Eyni zamanda, İşçi Qrupunun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın.
|
Həmçinin il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır”.
|
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.
|
Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər.
|
Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək.
|
VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək.
|
Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
|
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
|
Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
|
Çex fermerlər martın 7-də Praqa küçələrində yeni etiraz aksiyası keçirməyi planlaşdırır.
|
Məlumata görə, aksiyaya yüzlərlə kənd təsərrüfatı texnikası cəlb olunacaq.
|
Onun marşrutu hökumət binaları və Letena düzənliyi ərazisindən keçəcək, bundan sonra hökumət binası qarşısında fermerlərin nümayişi keçiriləcək.
|
“Koalisiyaya daxil olan partiyalar bir neçə xırda güzəştə getsələr də, bu addımlar real problemləri həll etmir.
|
Onlar fermerləri böhrandan xilas edə bilməyəcək yalnız qismən həllər və qeyri-kafi dəstək təklif edirlər”, - deyə Çexiya Kənd Təsərrüfatı İttifaqının sosial şəbəkə hesabında qeyd olunub.
|
ABŞ Ali Məhkəməsi belə qənaətə gəlib ki, ayrı-ayrı ştatların hakimiyyətləri Donald Trampın federal seçkidə taleyini həll edə bilməz.
|
ABŞ ali məhkəmə instansiyası bununla bağlı konstitusiyaya edilən düzəlişə istinad edib və bildirib ki, buna əsasən, prezident seçkisinə buraxılmaq məsələsinə ayrı-ayrı ştatlar deyil, konqres məsuliyyət daşıyır.
|
“Biz belə qənaətə gəldik ki, ştatlar yerli hakimiyyət orqanlarında vəzifə tutmaq istəyən şəxslərə icazə verməyə bilər.
|
Lakin konstitusiyaya əsasən, ştatların federal seçkidə, xüsusən də prezident seçkisində bunu tətbiq etmək səlahiyyəti yoxdur”, - deyə ABŞ Ali Məhkəməsinin qərarında bildirilib.
|
Beləliklə də hakimlər Trampın Kolorado, Men və İllinoys ştatlarında seçkiyə buraxılmaması ilə bağlı qərarı ləğv ediblər.
|
ABŞ hərbçiləri Qırmızı dənizdə yəmənli üsyançı husilərin “Ənsar Allah” hərəkatına məxsus gəmi əleyhinə iki ədəd qanadlı raketi ələ keçiriblər.
|
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
|
Komandanlıq bu raketləri özünümüdafiə məqsədilə vurduqlarını, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə olduğunu bildirib.
|
Bundan əlavə, husilər Liberiya bayrağı altında olan konteyner gəmisinə gəmi əleyhinə iki ədəd qanadlı raket atıblar.
|
Gəmilərdən birinə ziyan dəysə də, xəsarət alan olmayıb.
|
ABŞ-nin Tennessi ştatında təkmühərrikli təyyarə yolun kənarına düşüb və alovlanıb.
|
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
|
Məlumata görə, qəza nəticəsində bir neçə nəfər həlak olub.
|
Təyyarədə olan sərnişinlərin sayı və qəzanın səbəbi barədə məlumat verilmir.
|
Faktla bağlı araşdırma aparılır.
|
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir.
|
Aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.
|
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
|
Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir.
|
Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
|
Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir.
|
Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.
|
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir.
|
Endirimli aviabiletlərin sayı məhduddur.
|
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
|
Fövqəladə Hallar Nazirliyini Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib.
|
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:""“Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara səbəb olur.
|
Belə ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib.
|
Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib.
|
Odur ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:""- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;"- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;"- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;"- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;"- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
|
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.
|
Unutmayın:Qaydalara biganəlik - həyatımıza təhlükədir!
|
Təhlükə zamanı 112-yə zəng edin!”
|
Ermənistanın baş naziri Nikol Paşinyan Misirə rəsmi səfərə gedib.
|
Qeyd olunur ki, rəsmi səfər iki gün davam edəcək.
|
Səfər çərçivəsində o, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, həmçinin Misirin baş naziri və Ərəb Liqasının baş katibi ilə görüşəcək.
|
Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.
|
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində Zaqatala şəhəri ərazisində baş verib.
|
1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib.
|
R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Çinin Çinxay əyalətinin Yyuşu-Tibet muxtar dairəsinin Dzade qəsəbəsində 5,3 maqnitudalı zəlzələ olub.
|
Bu barədə Çinin Seysmik Şəbəkə Mərkəzi məlumat yayıb.
|
Qeyd olunub ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
|
Dağıntı və itkilər barədə məlumat yoxdur.
|
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı tam orta məktəbin söküləcəyi ilə bağlı iddialar yayılıb.
|
Bu barədə “Qafqazinfo”ya sakinlər müraciət ediblər.
|
Onların sözlərinə görə, məktəbin bir hissəsi - ibtidai siniflər üçün nəzərdə tutulmuş korpus - qəzalı vəziyyətdədir.
|
Həmin korpusda uzun müddətdir, məcburi köçkünlər məskunlaşıblar və dərslər keçirilmir.
|
Valideynlərin sözlərinə görə, məktəbin şagirdləri ibtidai sinifləri yaxınlıqda yerləşən 300 saylı məktəbdə oxuyur, 5-ci sinifdən isə öz məktəblərinə qayıdırlar:""“Bizim məktəbin ibtidai siniflər üçün korpusundan əlavə, digər üçmərtəbəli korpusu normal vəziyyətdədir, qəzalı deyil.
|
Bizə deyirlər ki, məktəbi sökmək istəyirlər.
|
Amma rəsmi məlumat verən yoxdur.
|
Məktəbdə minədək şagird təhsil alır, əgər sökülmə söhbəti varsa, biz də məlumatlı olmalıyıq.
|
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 2023-cü il dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində BŞTİ-nin tabeliyindəki 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb:""“Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən binaya baxış keçirilib və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib.
|
Rəyə əsasən, məktəb binasının yükdaşıyan divarlarında geniş çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərələrin üst hissələrinin yerini dəyişdiyi müəyyən edilib.
|
Bu səbəbdən məktəblilərin (ibtidai siniflər) və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub.
|
Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür”.
|
İdarədən, həmçinin, bildirilib ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda tədris normal qaydada davam etdirilir.
|
Xatırladaq ki, ötən il dekabrın 7-si saat 8:16-da Xəzər dənizində güclü zəlzələ baş verib.
|
Maqnitudası 5,6 olan yeraltı təkanlar Bakıda və bəzi şimal rayonlarında da 5 bala qədər hiss olunub.
|
Almaniyanın Axen şəhərində Luisen klinikasında barrikada quran və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayan 65 yaşlı qadın saxlanılıb.
|
Bu barədə martın 5-də Köln polisinin press-relizində məlumat verilib.
|
Şöbədən verilən məlumata görə, o, martın 4-də silah, iri kamikadze kəməri və başqa bir naməlum əşya ilə xəstəxanaya daxil olub.
|
Qadın tibb müəssisəsinin əməkdaşlarını hədələyib, daha sonra xəstələrin palatasına keçib, pirotexniki əşya yandırıb və dəhlizə atıb.
|
Yerli mediada onun 10-20 nəfər girov saxladığı barədə məlumatlar yayılmışdı.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.