Search is not available for this dataset
text
stringlengths
10
518k
Estetika aşiqləri:Deyirlər, baxmaq başqadır, görmək başqa.
Görməyi bacaran xanımlar olduğu yeri zövq ziyarətgahına çevirir.
Məhz buna görə olduqca zərif və gözoxşayan süfrə modelini əldə edə bilərsiniz.
Villur parça və güpür detalları ilə minimalizm yaradan bu hədiyyə seçimi ilə siz nəinki gözlərə, həm də qəlbə xitab edəcəksiniz.
Odur ki, bu və digər yüzlərlə hədiyyə seçimi ilə sevindirən şəbəkəmiz olan “Kontakt”da tanış ola bilərsiniz.
Qeyd edək ki, martın 10-a kimi şəbəkənin mağazalarında nağd alışda 50%-dək endirim, hissəli alışda isə “indi al, 3 ay sonra ödə” kampaniyası aktivdir.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin sosial media səhifələrinə müraciət edə bilərsiniz.
Bakıda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan tunellərin birində təhlükəli vəziyyət yaranıb.
Söhbət Sabunçu rayonu, Əmirulla Əliyev küçəsində yerləşən tuneldən gedir.
Belə ki, tunelə yığılan su sürücüləri əks yola çıxaraq hərəkət etməyə məcbur edir.
Sürücülər üç aydır ki, analoji problemlə üzləşiblər.
Azərbaycan Dəmir Yolları QSC-dən baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2018-ci il tarixli, 3767 saylı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt dairəvi dəmir yolunda dəmir yolunun avtomobil yolu ilə kəsişmələrində mövcud olan eyni səviyyəli keçidlər müxtəlif səviyyəli keçidlərlə əvəz olunub:""“Belə ki, sözügedən tras boyu nəqliyyatın və insanların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ümumilikdə 37 yerdə müasir tipli müxtəlif səviyyəli keçidlər tikilərək istifadəyə verilib.
Bunlardan 12-si tunel tipli yeraltı avtomobil keçidləri, 25 ədədi isə piyadaların istifadəsi üçün inşa edilib ki, bunlardan da 18 ədədi yerüstü, 7 ədədi isə yeraltı piyada keçidləridir.
Qeyd olunan yeraltı avtomobil keçidlərinin hamısında qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb.
Videodakı Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsinə keçən yeraltı avtomobil keçidi müvafiq tədbirlər planı çərçivəsində inşa olunub.
Həmin yeraltı avtomobil keçidində qrunt sularının yığılmasına səbəb yağış barmaqlıqlarının aidiyyəti qurumlar tərəfindən vaxtlı-vaxtında təmizlənməməsidir”.
Şuşada müxtəlif markalı silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelini təqdim edib.
Oxu.Az xəbər verir ki, martın 5-də DİM-də bununla bağlı tədbir keçirilib və modellə yanaşı Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər də açıqlanıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışı zamanı ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldığını qeyd edib:""“Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.
Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir.
DİM tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib.
Bu məqsədlə DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb.
Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”.
“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR - The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”, - deyə sədr qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı” modelinə aid təqdimatla çıxış edib.
Daha çox şəkil burada:PhotoStock.az"Könül Cəfərli
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti ağır olaraq qalır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Açıqlamada qeyd olunub ki, it dişləməsi səbəbi ilə zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib.
Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.
Bakı klubunun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.
Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək.
Martın 6-da isə yenidən müayinədən keçəcək.
Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.
Qeyd edək ki, “Qarabağ”la görüşdə rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb.
Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib.
Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Telegram” mesencerinin yenilənmiş versiyası istifadəçilərə əlavə biznes imkanları olan bölmə təklif edir.
Belə ki, tətbiqin premium abunəçiləri yeni müştəriləri üçün parametrlərə salamlama mesajları əlavə edə, həmçinin media faylları və formatlaşdırma ilə əvvəlcədən hazırlanmış blankları sürətli cavablar şəklində göndərə bilərlər.
Bundan əlavə, sahib olduğu şirkətin iş qrafiki və ofis ünvanını göstərmək, habelə avtomatik olaraq “işdə yoxdur” statusunun göndərilməsini quraşdırmaq mümkün olub.
Həmçinin “Stories”də mal və ya xidmətlər olan foto-videoları dərc etmək, adın yanında biznes statusu (emoji) təyin etmək və çatlar üçün çoxrəngli teqlər quraşdırmaq mümkün olub.
O da qeyd olunur ki, zaman keçdikcə funksiyaların siyahısı genişləndiriləcək.
Yeni funksiyalar müvəqqəti olaraq “Premium” abunəliyinə daxildir.
Bundan əvvəl “Telegram”ın bəzi istifadəçilərə ödəniş edəcəyi barədə xəbər vermişdik.
“Təəssüf ki, heyvan ətinə olan ehtiyaclarımızı hələ də yerli istehsal hesabına ödəyə bilmirik”.
Məsələ ilə bağlı fikirlərini Bizim.media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2015-ci ildən bəri ət istehsalı ilbəil azalır:""“Son iki ildə isə bu sahədə antirekord qeydə alınıb.
Hesab edin ki, yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü.
Çox təəssüf ki, 2023-cü ilin yayında bu ənənə pozuldu.
Ət yay aylarında bahalaşmaqda davam etdi.
Artan tələbatsa, təbii ki, idxala öz təsirini göstərir.
Bu səbəbdən ət idxalı da aybaay artır”.
Həmsöhbətimiz yerli istehsalın azalmasının səbəblərindən də danışıb:“Birinci səbəb örüş yerlərinin azalmasıdır.
Hazırda kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir.
Bu da məhsulun maya dəyərini artırır.
Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmir, heyvanlarını dəyər-dəyməzinə satırlar.
Nəticədə istehsal ciddi şəkildə azalır.
Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir.
Yəqin ki, yaxın aylarda da ət idxalı artacaq”.
Akif Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:“Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır.
Səmərəsiz sahələrə diqqət azaldılmalıdır.
Bundan başqa işğaldan azad olunmuş ərazilərin imkanlarından istifadə edilməlidir.
Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlar üçün bir nəfəslik idi.Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdilər.
Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq.
Ən əsası da təbii örüş sahələri bütün rayonlar üzrə bərpa olunmalıdır.
İqtisadçı ekspert Fuad İbrahimov isə idxalın artmasını tələbatın çoxalması ilə əlaqələndirib:“Təəssüf ki, heyvan ətinə olan ehtiyaclarımızı hələ yerli istehsal hesabına ödəyə bilmirik.
Bildiyimiz kimi, kənd təsərrüfatı sahələrinin şaxələndirilməsi sayəsində örüş sahələri dövriyyədən çıxdı.
Örüşlərin azalması da yem bazasının kiçilməsinə səbəb olur.
Ona görə də yerli istehsalda təkcə azalma yox, həm də bahalaşma var.
İndiki halda idxal yerli tələbatın doğru-düzgün ödənilməsinə və qiymətlərin artmamasına xidmət edən amildir.
Yerli tələbatı ödəmək üçün bu idxal bizə lazımdır.
Düşünürəm ki, balans mərhələli şəkildə bərpa olunacaq.
Amma indiki vəziyyətdə idxal qaçılmazdır.
Hazırda idxal qiymət artımının qarşısını alacaq hələlik yeganə amildir.
Çünki bu faktor xaricə valyuta axınına da təkan verir.
Ona görə də yerli resursları hərəkətə gətirməliyik”.
Xatırladaq ki, yanvarda Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,8 faiz artım olub.
Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə idxal olunan ətin statistik dəyərində isə 1,7 dəfə artım qeydə alınıb.
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Oxu.Az xəbər verir ki, həmin günün martın 5-də qeyd olunması təsadüfi deyil.
Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.
Ölkəmizdə keçirilən gimnastika üzrə Dünya Kuboku, “Formula-1” üzrə Azərbaycan Qran-prisi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çövkən üzrə dünya çempionatı, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar dövlətimizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib.
Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutub.
İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1 472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar.
Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik edib.
30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.
Azərbaycan xalqı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə edib.
Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olunub.
Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirib ki, Qarabağ Azərbaycandır!