Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Polislərin onunla ünsiyyət qurmaq cəhdləri uğursuzluğa düçar olub.
|
Nəhayət o, əlində şübhəli əşya ilə təhlükəsizlik əməkdaşlarına tərəf getdikdə polis ona qarşı silah tətbiq etməli olub.
|
Sonradan məlum olub ki, partlayıcı kəmər saxta, silah isə boş olub.
|
İstintaq zamanı o da məlum olub ki, hadisə baş verən gün səhər saatlarında 65 yaşlı qadının mənzili yanıb.
|
Hazırda yanğını onun özünün törətdiyi ehtimal olunur.
|
Müstəntiqlər onun xəstəxanaya əvvəlcə intihar niyyəti ilə gəldiyini də güman edirlər.
|
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başladılıb.
|
Ukraynanın dəniz dronlarının hücumu nəticəsində Rusiyanın Krım sahillərindəki kateri batıb.
|
Məlumata görə, “Sergey Kotov” hərbi kateri dəniz PUA-larının gecə hücumlarının hədəfi olub.
|
Katerin şəxsi heyətinin taleyindən hələ xəbər yoxdur.
|
Dünyanın ən qeyri-adi və görkəmli layihələrindən biri olan Alov Qüllələrində yerləşən Fairmont Baku hotelindən toy edəcək cütlüklərə unikal təklif.
|
Fairmont Bakunun 600-ə qədər qonağı qəbul edən geniş və zərif məkanında toyunuzu etməklə ödənişsiz bal ayı qazana bilərsiniz.
|
Türk Hava Yolları ilə gediş-dönüş biletləri daxil olmaqda Türkiyənin İstanbul və Bodrum şəhərlərindəki lüks hotellərdə 3 günlük möhtəşəm bal ayından həzz alın.
|
Fairmont Baku haqqında:""Fairmont Baku dünyada tanınan məşhur Fairmont Hotels & Resorts brendinin bir hissəsidir.
|
Alov Qüllələrində yerləşən Fairmont Baku misilsiz dəbdəbə və yüksək xidmət təklif edərək toylar və xüsusi tədbirlər üçün mükəmməl seçimdir.
|
Zəngin menyusu və yüksək xidməti ilə Fairmont Baku toy mərasiminizi unudulmaz edəcək.
|
Xaçmaz rayonunun Pirquluoba kəndində yerləşən “Türk şəhidliyi” məzarlığında arxeoloji araşdırmalar aparılacaq.
|
Mədəniyyət Nazirliyindən Bizim.media-ya bildirilib ki, həmin araşdırmaların aparılması və ərazinin qorunması ilə bağlı müvafiq məktuba aidiyyəti üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.
|
Dövlət Xidməti tərəfindən ərazinin tarixi və arxeoloji əhəmiyyətinin müəyyən olunması üçün tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna rəsmi müraciət göndərilib.
|
Qeyd edək ki, həmin məzarlığın baxımsız vəziyyətdə olması ilə bağlı da fikirlər səslənirdi.
|
Milyarder Corc Sorosun liderliyi altında fəaliyyət göstərən Açıq Cəmiyyət fondları Azərbaycana qarşı hərəkət proqramını indi də “mədəni irs” trayektoriyasına salırlar.
|
Azərbaycanla Almaniya arasında intensiv müzakirələr getdiyi, Berlinlə Bakının qarşılıqlı ehtiyaclardan doğan gündəliyi masaya qoyduqları bir zamanda Soros Fondu prosesi zədələməyə cəhd edir.
|
Berlində martın 6-sı üçün “Artsaxın mədəni irsi” adlı ermənipərəst tədbir planlaşdırılır ki, onun da maliyyə yükü Soros Fondunun üzərinə düşür.
|
Tədbirin narrativi Sorosa məxsus fondların mədəniyyət diplomatiyasındakı ermənipərəst rolunu bir daha qabardır.
|
Lakin Almaniya Azərbaycanlıları Alyansı və bir sıra QHT Almaniyanın Xarici Əlaqələr Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayaraq etirazlarını çatdırıblar.
|
Çünki nəzərdə tutulan tədbirin mahiyyəti nə beynəlxalq orijinallıq, nə də obyektivlik normalarına riayət edir.
|
Bu addımın məramı mədəni təmsilçilik pərdəsi altında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına “erməni irsli” proqram yükləməkdir.
|
Üstəgəl, başa düşmək çətin deyil ki, həmin məzmunlu tədbir Azərbaycanın tarixi və mədəni povestini potensial olaraq erməni ideologiyasının xeyrinə təhrif etməyi hədəfləyir.
|
Deməli, tədbirin mahiyyəti regionun mədəni mənzərəsi ilə bağlı mübahisələr yaratmaqla, onu dərinləşdirməklə geosiyasi məqsədlər güdür.
|
Düzdür, tədbir baş tutsa belə, o, Cənubi Qafqazdakı reallıqlara təsir etməyəcək və Azərbaycan-Almaniya münasibətlərində potensial fəsadlar nəzərə çarpmayacaq.
|
Lakin Almaniya hökuməti də üzərinə düşən məsuliyyəti dərk etməlidir.
|
Berlin Bakı ilə əlaqələrin inkişafında səmimidirsə, o zaman:""- Tədbirə cəlb olunmuş alman institutlarının erməni təbliğatının tərəfində durmaları barədə onları xəbərdar edə bilər,"- Tədbirin Azərbaycan-Almaniya münasibətlərinə təsiri kontekstini təhlil edib Bakıya izahlar təqdim edə bilər.
|
Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
|
Oxu.Az-a XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84% artım deməkdir.
|
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26% çoxdur.
|
Ziya Bünyadov prospektində baş verən qəza sıxlığa səbəb olub.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
|
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
|
Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.
|
Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
|
Uzun müddətdir efirlərdən və sosial şəbəkələrdən uzaq olan müğənni Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.
|
“Olay” yazır ki, məclislərdən birində səhnə alan ifaçının görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
|
Qeyd edək ki, sənətçi bir neçə il öncə sosial şəbəkə hesablarında təhdid dolu paylaşımları maraq doğurmuşdu.
|
O, daha sonra bütün sosial şəbəkə hesablarını sıfırlayıb, bağlamışdı.
|
Xatırladaq ki, Mirkamil Kamilov Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur.
|
O, 2007-ci ildə “Xalq Ulduzu” müsabiqəsində iştirak edərək, ikinci yerə çıxıb.
|
Xudatda “KamAZ” oğurlayan və heroin gəzdirən şəxslər saxlanılıblar.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar.
|
Həmin şəxs rayon ərazisində “KamAZ” markalı yük avtomobilini oğurlayıb.
|
Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
|
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb.
|
Həmin şəxsdən isə narkotik vasitə (heroin) aşkar olunaraq götürülüb.
|
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
|
“Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün təyin edilmiş ekspertizanın rəyi hələ açıqlanmayıb”.
|
Bu barədə “Yeni Müsavat”a açıqlama verən Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər.
|
Vəkil rəyin konkret neçə günə veriləcəyini deməyib.
|
Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır.
|
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:""“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.
|
Xatırladaq ki, ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb.
|
Belə ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb.
|
O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib.
|
Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb.
|
“Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
|
Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var.
|
Əhməd Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək.
|
Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb.
|
Belə ki, Əhməd Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi.
|
Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
|
Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır.
|
Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir.
|
Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək.
|
İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detallar danışmayıb.
|
Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib.
|
“Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib.
|
Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb.
|
“X”in (keçmiş “Twitter”) sabiq dörd meneceri şirkətin sahibi İlon Maskı məhkəməyə verib.
|
Onlar işdən çıxma təzminatı qismində 128 milyon dollardan çox pul tələb ediblər.
|
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.
|
Nəşrin məlumatına görə, Kaliforniya Federal Məhkəməsinə üz tutan iddiaçılar - şirkətin keçmiş baş direktoru Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned Seqal, keçmiş baş hüquqşünas Vicaya Qadde və keçmiş baş hüquq məsləhətçisi Şon Edcetdir.
|
Bildirilir ki, Mask onları kobud səhlənkarlıq və nizam-intizamı qəsdən pozduqlarına görə işdən çıxarıb.
|
Şirkətin keçmiş işçiləri bu ittihamları rədd edirlər.
|
Onlar hesab edirlər ki, Mask işdən çıxma haqqını ödəməmək üçün onları uydurma səbəblərə görə işdən çıxarıb.
|
Hər bir qadın barmaq izi qədər təkrarolunmazdır.
|
“Beynəlxalq Qadınlar Günü” ərəfəsində onların unikallığının yalnız sözlərlə məhdud olmadığını göstərmək vaxtıdır.
|
Budəfəki 8 mart hədiyyə bələdçiniz ətrafınızdakı xanımlar üçün unikal hobbi və maraqlarını əks etdirən hədiyyələr seçməyinizdə kompasınız olacaq.
|
Elə isə kompasın istiqaməti üzrə yola çıxaq...""Texnologiya sevərlər:Zamanın axarından bir dəqiqə belə geri qalmayan “rəqəmsal” xanımlar hər yenilikdən xəbərdardır.
|
Onların telefonda keçən həyatını rahatlaşdıran hədiyyəyə nə deyirsiniz?
|
Bunun üçün sizə 256 GB yaddaşlı Samsung Galaxy A25 smartfonu almaq lazımdır.
|
İncə rəng tonu və funksionallığı ilə seçilən bu model onların sevincinə səbəb olacaq.
|
Rəqəmsal hədiyyə demişkən, HUAWEI smart saatından kənar keçmək olmaz.
|
Amoled display sistemi, 14 günədək işləmə müddəti olan bu model onları rahatlığa bir addım da yaxınlaşdıracaq.
|
Gözəllik ikonaları:“Dünyanı gözəllik xilas edəcək” deyən Dostoyevskini dinləməyin zamanıdır.
|
Gözəllik naminə hər cür qurban verən xanımlara ROWENTA Power straight daraqlı feni ilə saçlarını hədiyyə edin.
|
İon generatoru xüsusiyyəti ilə saçların elektriklənməsinin qarşısını alan bu model ilə onların dərdinə dərman olacaqsınız.
|
Kulinariya kraliçaları:Dünyada elmə məlum 7 möcüzə var.
|
Təbii ki, xanımların mətbəxdə yaratdığı möcüzələri hesaba qatmasaq.
|
Bu dadlı səyahətdə onlara etibarlı yoldaş köməyi heç də pis olmazdı.
|
Yox, yox, söhbət canlı yoldaşdan getmir.
|
Namizədimiz kulinariya sehri olan Tefal fritozdur.
|
6,5 litr tutumu olan, az sərfiyyatlı bu vasitə qadınlar üçün həm rahatlıq, həm də ləzzəti eyni anda vəd edir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.