Search is not available for this dataset
text
stringlengths
10
518k
Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.
Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib.
Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.
Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qərara əsasən, E.Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Hökmdən narazı qalan prokurorluq kassasiya protesti verib.
Ali Məhkəmənin qərarına görə, E.Kəlbəliyev barədə yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.
E.Kəlbəliyev “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.
Ali Məhkəmədə həbsdə koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
Qeyd edək ki, mərhum N.Quliyevin hüquqi varisi 615 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir.
Sabiq icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb.
Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:""Goranboy şəhəri, Heydər Əliyev prospekti, 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min manat olan qeyri-yaşayış binası;"Goranboy şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;"Goranboy şəhəri, V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası;"Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 21 min manat olan torpaq sahəsi.
Xatırladaq ki, N.Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Külli miqdarda mənimsəmə, rüşvətalma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib.
N.Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib.
Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib.
Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib.
“Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Ucar Rayon Məhkəməsinin hakimi Xəyal Bədəlovun icraatındadır.
Baxış iclası martın 19-da keçiriləcək.
Abşeron Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Arzu Bədəlova üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Bədəlovanın səhlənkarlıq etməkdə təqsirləndirildiyi hadisə 2022-ci il yanvarın 4-də Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub.
Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi əsasında doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər.
Qeyd olunub ki, quldurlar Haitidə yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu ələ keçirməyə cəhd ediblər.
Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə cinayətkarlar arasında atışma baş verib.
Atışmanın ortasında qalan hava limanın mülki əməkdaşları qaçmaq məcburiyyətində qalıblar.
Xatırladaq ki, Haitidə artıq bir müddətdir siyasi vəziyyət gərgin olaraq qalır.
Ötən gün Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üçgünlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib.
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək.
Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək.
Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.
Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar.
Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyəcəklər.
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada “Real Sosyedad”la üz-üzə gələcək.
İlk görüşdə Paris klubu qalib gəlib - 2:0.
Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidirlər.
Sosial mediada “Dostluq” kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb.
Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb.
Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır.
Sosial müavinətlərin əksəriyyətinin təyinatı vətəndaşın müraciəti əsasında baş tutur.
Amma bəllidir ki, vətəndaşların çoxunun müəyyən müavinətlərin mövcudluğu barədə heç məlumatları olmur.
Məsələn, çox az adam tapılar ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət barədə məlumatlı olsun.
Bura həbsdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə görə müavinətləri də aid etmək olar.
Bəs vətəndaşların sosial müavinətlərdən istifadə etmək hüquqlarından yararlanmaları üçün hansı tədbirlərə ehtiyac var?
Mövzu ilə bağlı Baku TV-nin videosunu təqdim edirik:
Bakı metropoliteninin “bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.
Bu barədə ötən il “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.
Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun - sonuncu mərhələdə yerinə yetiriləcək.
Bəs hazırda tikintisi gedən stansiyada işlər hansı yerdədir və onun açılışı nə zamana planlaşdırılır?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiyanın tikintisi sürətlə davam edir:""“Qazıntı işləri tam başa çatıb, keçidlərin inşası davam edir.
Stansiya dörd səviyyədən ibarətdir, hər mərtəbədə son tamamlama işlərinə başlanılıb.
Yəni bundan sonrakı dövrdə divar, döşəmə örtüyünün təmizlənməsi və üzlüyün vurulması üçün hazır vəziyyətə gətirilməsi işləri gedir.
Növbəti mərhələdə üzləmə işləri aparılacaq.
Eyni zamanda, artıq infrastrukturun qurulması ilə bağlı bir sıra addımlar da atılıb, çünki platformalar da quraşdırılıb.
Stansiyanı “8 Noyabr”la bağlayan yollar da artıq çəkilib”.
Metropoliten rəsmisi qeyd edib ki, hazırda gedən proseslərlə bağlı heç bir problem yaşanmazsa, şərti adı “B-04” olan stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq.
Onun sözlərinə görə, eskalatorların və liftin quraşdırılması, elektrik təchizatı, hərəkətin təşkili sistemləri, havalandırma və digər bu kimi məsələlərin həlli istiqamətində addımlar atılır:""“Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatordan istifadə olunacaq.
Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb.
Onların xidmətinə üç lift veriləcək.
Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır”.
Pentaqonun rəhbəri Lloyd Ostinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Birləşmiş Ştatlar hakimiyyəti ölkənin cənub sərhədini miqrantlardan qorumaq üçün həmin əraziyə minlərlə hərbçi göndərməlidir.
Duqlas Makqreqor bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Hazırda cənub sərhədlərimizi qorumaq üçün 70-80 min hərbçi oraya göndərilməlidir”, - deyə Pentaqon rəhbərinin sabiq müşaviri vurğulayıb.
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nərminə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əsədovanın qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2023-cü ilin martında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb.
Belə ki, sözügedən məktəbin fiziki hazırlıq müəllimi, 1968-ci il təvəllüdlü Nərminə Əsədova ilə həmin təhsil ocağında xadimə işləyən, zərərçəkmiş Günay Babayeva (şərti) arasında mübahisə yaranıb.
Cinayət materiallarında qeyd edilib ki, Nərminə Əsədova məktəbdə keçirilən Novruz bayramı tədbirində Günay Babayeva ilə mübahisə edib, ucadan qışqırıb səs-küy salaraq söyüş söyüb.
Müəllimə, həmçinin, Günay Babayevaya əl və ayaq zərbələri ilə vuraraq, xəsarət yetirməklə, xuliqanlıq edib.
Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib və təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
İstintaq orqanı tərəfindən Nərminə Əsədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
ABŞ Prezidenti Co Bayden Ukraynaya görə 2014-cü ildən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.
Bayden bu barədə konqresə göndərdiyi məktubda bildirib.
Bu rejim Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verir.
“Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı icra sərəncamı ilə müəyyən edilmiş fövqəladə vəziyyətin uzadılması zəruridir”, - deyə məktubda qeyd edilib.
Bayden rejimin uzadılmasını onunla əsaslandırıb ki, Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə törətməkdə davam edir.
Xatırladaq ki, ABŞ-də fövqəladə vəziyyət rejimi 2014-cü il martın 6-da elan edilib.
O vaxtdan bəri Amerika prezidentləri öz qərarları ilə bunu mütəmadi olaraq uzadırlar.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərə müraciət edib.
Bu barədə BDYPİ-nin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsi məlumat yayıb.
Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər:""“Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Bu qaydanın pozulmasına görə, inzibati qaydada məsuliyyət nəzərdə tutulub.
Hərəkət intensivliyi çox olan şəhər yollarında isə bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edir və bununla da mənzil başına daha tez çatacaqlarını düşünürlər.