Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə ki, 1932-ci ildə SSRİ-də dəmir yollarına yüksək hərbi əhəmiyyətli nəqliyyat növü statusu verilib.
Bundan sonra dəmiryolçu uniformasının dizaynında hərbi formaya oxşar elementlər yer alıb.
Dəmiryolçulara rütbələr verilib və bu rütbələr öz hərbi ekvivalentinə malik olub.
1942-ci ildə dəmir yolları Dövlət Müdafiə Komitəsinin tabeliyinə verilərək tam hərbiləşdirilmiş quruma çevrilib.
Həmin vaxt tətbiq olunan forma hərbi formanın eynisi olub.
Bütün dəmiryolçulara hərbiləşdirilmiş rütbələr verilib.
Dəmiryolçu formasında poqonlar və digər elementlər yer alıb.
Dəmir yollarının nizamnaməsi hərbi qanunvericiliyə uyğunlaşdırılıb.
İkinci Dünya müharibəsi illərində bir çox dəmiryolçular hərbi orden və medallarla təltif olunublar.
Müharibə illərində qatarlar həm sərnişinlərin, həm də müxtəlif növ yüklərin daşınmasında əsas nəqliyyat vasitəsinə çevrilib.
Cəbhədə vəziyyət, ordunun hazırlığı dəmir yollarının fasiləsiz və qüsursuz işindən asılı olub.
Nəhayət, 1954-cü ildə dəmir yollarının hərbiləşdirilmiş statusu aradan qaldırılıb və o, əvvəlki kimi tam mülki bir quruma çevrilib.
Hərbi rütbələr, uniformadan poqonlar və digər hərbi elementlər yığışdırılıb.
Dəmir yollarının nizamnaməsi də tam mülkiləşdirilib.
Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və videomateriallar, dəmir yolu və qatar modelləri nümayiş olunur.
Cənubi Qafqaz dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır.
Dəmiryol Muzeyinin yerləşdiyi Sabunçu vağzalının binasının tarixi və bir sıra özəllikləri var.
Belə ki, Sabunçu vağzalı 6 iyul 1926-cı ildə, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günü istifadəyə verilib və SSRİ-də elektrik qatarlarını ilk dəfə məhz bu vağzal qəbul edib.
Yeni vağzal binası Tiflis vağzalından aralı tikilib.
Tarixi bina 1970-ci illərdə sərnişindaşımanın artması ilə üzərinə düşən yükə tab gətirə bilmirdi.
Yeni, daha müasir vağzal binasına ehtiyac yarandı.
Buna görə də Bakının Tiflis vağzalı ilə metro stansiyası arasında yeni vağzal binasının inşasına başlanıldı.
1976-cı ildə şəhərətrafı qatarlar yeni vağzal kompleksindəki yol və platformalara keçirildi.
Sabunçu vağzalında dəmir yolları söküldü və şəhərətrafı qatarlara xidmət göstərilməsi dayandırıldı.
Vağzal kompleksi dəmir yolunun digər xidmət sahələrində fəaliyyətə cəlb edildi.
Əsas binada uzaqməsafəli qatarlar üçün bilet kassaları açıldı.
Digər boşalmış hissələrdə Azərbaycan Dəmir Yolunun Bakı şöbəsinin yol təsərrüfatı üzrə bölmələri yerləşdirildi, eyni zamanda, “Dəmiryolçular klubu” yaradıldı.
Bakıda ilk iri vağzal binası 1884-cü il yanvarın 10-da sərnişinlərin ixtiyarına verilib.
“Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqlənib.
Layihənin müəllifi Bakı-Tiflis dəmir yolunun memarı vəzifəsində çalışmış Xrisanf Konstantinoviç Vasilyev olub.
Tiflis vağzalı Rusiya imperiyasının ən gözəl vağzallarından sayılırdı.
Sabunçu vağzalı isə düz bucaq altında birləşdirilmiş iki korpusdan ibarət idi.
Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxırdı.
Baş memarı Nikolay Bayev olan Sabunçu vağzalı kompleksində gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, “Ana və uşaq” otağından başqa, Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolunun dispetçer məntəqəsi, yarımstansiya və Böyük Şor elektrik deposunun texniki baxış və təkər təmiri bölməsi də yaradılmışdı.
Bu kompleksə indiki Süleyman Rəhimov küçəsi və vağzal meydanı arasında olan bütün tikililər daxil idi.Onu da qeyd edim ki, Sabunçu vağzalı 1977-ci ilədək fəaliyyət göstərib.
Dəmir yollarında ilk relslər çuqundan istehsal olunurdu, buna görə də keçmişdə dəmir yollarına danışıq dilində “çuqunka” deyilirdi.
Muzeydə müxtəlif dövrlərdə dəmir yollarında istifadə olunan fərqli rels növləri də sərgilənir.
Hazırda 65, 75, hətta 90 kq-lıq relslər mövcuddur.
Müasir dövrdə ən çox tətbiq edilən relslər “R-65”dir.
Daha ağır relslər yüksəksürətli dəmir yollarında istifadə olunur.
Azərbaycan dəmir yollarında tətbiq edilən əsas relslər də “R-65”dir.
Muzeydə İkinci Dünya müharibəsi illərində çəkilən fotolar da yer alır.
Həmin dövrdə bir çox dəmiryolçular cəbhəyə göndərildikləri üçün işçi çatışmazlığı yarandığından dəmir yollarında çalışan xanımların sayında artım müşahidə edilirdi.
1941-45-ci illərdə Azərbaycan dəmir yollarında 50-yə yaxın qadın maşinist və maşinist köməkçisi vəzifəsində çalışıb.
Müharibə illərində Bakı neftinin, Qafqazın, o cümlədən Azərbaycanın dəmir yollarının, ilk növbədə isə neft ixracının əsas limanı olan Bakıdan Batuma gedən xəttin qorunması əsas məqsədlərdən idi.Həmin vaxt Azərbaycan dəmir yolları tam gücü ilə işləyirdi.
1941-45-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərilib.
SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayıb.
Azərbaycan “Lend-liz”in (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Trans-İran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.
Hətta Bakı bir çox mənada Avropa ölkələrini geridə qoymağı bacarıb.
Belə ki, Bakıda ilk elektrik tramvay xətti 1924-cü il fevralın 8-də istifadəyə verilib və 2004-cü ilə qədər fəaliyyət göstərib.
Bakı yollarında tramvaylar hərəkət edəndə Avropanın Madrid, Afina, Barselona, Valensiya, Dublin, Lion, Nitsa, Sevilya, Florensiya, İzmir kimi bir çox şəhərlərində ictimai nəqliyyatın bu növünə hələ rast gəlinmirdi.
Muzeyin ən maraqlı sahələrindən biri üçüncü zaldır desəm, yalan olmaz.
Burada müxtəlif çeşiddə qatar modelləri nümayiş olunur.
Bu nümunələr Azərbaycan dəmir yolu sisteminin keçdiyi inkişaf yolu haqqında müəyyən təsəvvürlər yaradır.
Zalda müxtəlif dövrlərə aid geyimlərdə sərnişin obrazlarının maketləri də nümayiş olunur.
Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modelini görmək mümkündür.
Buradakı ekspozisiyalarla tanışlıq ziyarətçilərə təhlükəsiz nəqliyyat vasitəsi hesab olunan dəmiryolunun təkcə tarixi barədə məlumat vermir, həmçinin onun bəşəriyyətin inkişafına və elmi-texniki tərəqqiyə təsiri, habelə sənaye sahəsində oynadığı rol haqqında dolğun fikir formalaşdırır.
Bu eksponatlarla ziyarətçilərin diqqəti həm Azərbaycanda, həm də dünyada milyonlarla dəmiryolçunun - mühəndisin, maşinistin, bələdçi və inşaatçının böyük əməyinə yönəlir.
Müxtəlif eksponatlarla yanaşı, muzeydə maraqlı bir vaqon da var.
O, 1964-cü ildə Almaniya Demokratik Respublikasının Ammendorf şəhərindəki vaqonqayırma zavodunda SSRİ dəmir yolları üçün istehsal olunan kupe tipli sərnişin vaqonunun prototipidir.
Bu vaqonlar keçmiş Sovet İttifaqı ölkələrinin dəmir yollarında uzun illər istismar olunub və komfortlu səyahətin rəmzinə çevrilib.
Bu vaqonlardan öncə sovet dəmir yollarında nadir sayda yataq tipli yüksək komfortlu vaqonlar olub.
Onların az sayda olması həmin vaqonlara bilet qıtlığına gətirib çıxarırdı.
Bu vaqonların gəlişi ilə dəmir yollarında komfortlu səyahət hər bir sərnişin üçün əlçatan oldu.
Həmin vaqonlar 1960-70-ci illərin modeli olsa da, öz rahatlığına görə müasir vaqonlardan geri qalmır.
Bir çox insan üçün dəmir yollarında səyahət məhz bu vaqonlarla başlayıb.
Çəkiliş boyunca ziyarətçilərin ən çox məhz bu eksponata maraq göstərdiklərinin şahidi oldum.
Vaqonun içərisində şəkil çəkən, video çəkən gənclərin nostalji hava yaratmaq cəhdləri isə çox uğurlu alınırdı.
Bu gözəl muzey ziyarətçiləri üçün hələ çox yeniliklər hazırlayacaq.
Hələlik isə sadəcə, fotolardan zövq alın...""Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli
Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib.
Oxu.Az-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir:""“Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir.
Limana gedən köhnə dəmiryolu və Cavanşir körpüsündən yük stansiyasına, Gənclik istiqamətində bu dəhliz yaradılacaq.
Bu da imkan verəcək ki, vətəndaşlar Gənclikdən bulvara doğru rahat şəkildə gedə bilsinlər.
Eyni zamanda, ərazidən tramvay xətinin olması da planlaşdırılır”.
14:50"“Azərbaycan Dəmir Yolları” QSC-nin xətlərinin söküldüyü iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.
QSC-dən Oxu.Az-ın sorğusuna cavab verilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə agentlik heç bir iş görmür.
Məşhur avtomobil istehsalçısı olan “Nissan Motor” şirkəti xərcləri azaltmaq üçün podratçılara ödənişləri tam etməyib - ümumilikdə şirkətin təxminən 26 milyon dollar borcu yığılıb.
Qeyd olunur ki, Yaponiyada müqaviləni pozaraq, onilliklər ərzində podratçılara ödənişləri tam etməyən “Nissan Motor”a qarşı araşdırma aparılır.
Korporasiyanın onu ayrı-ayrı hissələri və birləşmələri ilə təmin edən 30-dan çox şirkətə borcu var.
Yaponiya səlahiyyətliləri bunun ölkənin müharibədən sonrakı tarixi boyunca ən böyük belə pozuntu olduğunu bildiriblər.
“Nissan” bu yolla istehsal xərclərini azaltmağa çalışdığını qeyd edərək günahını etiraf edib.
Bununla yanaşı, korporasiya iddia edir ki, podratçılara olan borcları artıq ödəyib.
Lakin Yaponiya hakimiyyəti “Nissan”a rəsmi xəbərdarlıq edərək, belə halların qarşısını almaq üçün tədbirlər görməyi tələb edir.
“Titanik” filminin son səhnəsindəki qapı 40 min dollara hərraca çıxarılır.
Söhbət filmin qəhrəmanı Keyt Uinsletin üzərinə çıxaraq xilas olduğu taxta parçasından gedir.
Hərrac təşkilatçılarının sözlərinə görə, taxtanın uzunluğu 2,44 metr, eni isə 1,04 metr təşkil edir.
Hərrac martın 20-dən 24-dək keçiriləcək, qapının başlanğıc qiyməti 40 min dollardır.
Filmin pərəstişkarları dəfələrlə sonluqla bağlı mübahisələr apararaq bildiriblər ki, birlikdə suyun üzərində üzən qapı üzərində yerləşsəydilər, hər iki personajı xilas etmək mümkün olardı (filmdə yalnız Keyt Uinsletin personajı sağ qalır).
Lakin “Titanik”in direktoru Ceyms Kemeronun müşahidələrinə əsasən, qapı cütlüyün ağırlığını daşımayacaqdı və nəticədə batacaqdı.
Və Cek ölməli idi, çünki hekayə faciə ilə sonlanır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir.
Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir.
Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur.