Search is not available for this dataset
text
stringlengths
10
518k
Səkinə xanım da həmin universitetdə təhsil alıb.
Rəfiqə xanımın dediyinə görə, universiteti bitirdikdən sonra Mircəfər Bağırovun dəvəti ilə Saleh Güllücinski, həyat yoldaşı, atası, anası və subay bacıları Bakıya gəliblər.
Evli olan bacısı İrəvanda qalıb.
1926-1927-ci illərdə Azərbaycan KP MK-nın altqrupunun üzvü olub, 1927-1929-cu illərdə Bakı sovet partiya məktəbində həm müəllim, həm də tədris hissəsinin müdiri vəzifəsində, 1929-1930-cu illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Uşaqların sosial tərbiyəsi və politexnik təhsili Baş idarəsində rəis müavini vəzifəsində çalışıb.
Mircəfər Bağırov Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri olanda (indiki DTX) Saleh Güllücinski həmin qurumun səlahiyyətli nümayəndəsi olub.
- Hətta nüfuz etibarilə Mircəfər Bağırovu da qabaqlayıb.
- Onu deyə bilmərəm, amma 1934-cü il mayın 14-də Zaqafqaziyada ilk dəfə “Lenin” ordeni ilə təltif olunan Saleh Güllücinski olub.
Mircəfər Bağırov bu ordenlə ondan sonra təltif olunub.
Qohumlar belə deyirlər:“Ordeni almağa Saleh Güllücinski Mircəfər Bağırovla birgə gedibmiş.
Bağırov deyib ki, səni mənim yerimə hazırlayırlar.
Güllücinski də cavab verib ki, mənim nə belə fikrim, nə də niyyətim var”.
Məncə, Bağırov özündən başqa heç kimin yuxarı pillələrə qalxmağını istəməyib.
- Həmin dövrdə iki əsas cəbhə olub:stalinist və trotskiçi.
Trotskiçilər repressiya tədbirlərinə cəlb olunublar.
Saleh Güllücinskinin də evində Trotskinin kitabı tapılıb.
Trotskiçi idi, ya bu, həbsi üçün bir bəhanə idi?
- Bəhanə idi.Saleh Güllücinski 1931-1933-cü illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alıb, lakin bu ali məktəbdə təhsilini bitirməyib.
Qırmızı Professorlar İnstitutu (QPİ) partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsi olub.
Qırmızı Professorlar İnstitutunda təhsil alarkən Moskva Polad İnstitutunda və Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasında fəlsəfə müəllimi işləyib.
Həyatını araşdırarkən bu qənaətə gəlirəm ki, Trotski ilə əlbir olmayıb.
Z.Bünyadovun “Qırmızı terror” kitabına istinad etsək, ifadələrə görə, “Gizli müsavat” adlı təşkilat olub.
Sirr deyil ki, Bağırov da, Beriya da müsavatçı olublar.
Hazırda əlimdə Saleh Güllücinskinin müsavatçı və bu təşkilatla gerçəkdən əlaqəsinin olub-olmamağı ilə bağlı sübutlar yoxdur.
Onun evinə qardaşının tanışı olan Polina adlı rus qadın gəlib və orada yaşamağa başlayıb.
Sonra Saleh Güllücinskinin evindən Trotskinin kitabı tapılıb.
Evdəkilər bir-birinin üzünə baxıblar ki, bu kitab bizim evə necə gəlib?
Güman edirəm ki, Saleh Güllücinskinin həbsinə bəhanə üçün həmin kitabı necəsə evə qoyublar.
Ziya Bünyadovun “Qırmızı terror” kitabında bildirilib ki, Saleh Güllücinskidən əvvəl 1937-ci ilin yanvarında Mikayıl Hüseynov və Hənəfi Zeynallı həbs ediliblər.
Onlar dindiriləndə Saleh Güllücinskinin də adını çəkiblər.
Saleh Güllücinski o zaman Azərbaycan KP MK yanında Kənd Təsərrüfatı İnstitutunun rektoru olub.
- Repressiya qurbanlarının etiraflarında gizli millətçi təşkilatdan bəhs olunur.
- Bağırovun məhkəməsindən bilirik ki, M.C.Bağırov özü də bir zamanlar müsavatçı olub.
1933-cü ildə Azərbaycan milliyyətçi partiyası yaradılıb.
Əhməd Tirinç, Əli Kərimov, Həmid Sultanov, Bala Əfəndiyev, Soltan Məcid Əfəndiyev və digərləri ilə birilikdə Saleh Güllücinskinin adı çəkilib.
Təşkilatın əsas vəzifəsi silahlı üsyan ilə bütöv Azərbaycan yaratmaq istəyi idi.""Qarışıq hadisələrdir bunlar.
Tam şəkildə hələ ki, öyrənilməyib bu dövr.
Bəzən deyirlər, Stalin əmr verdi ki, 4 min adam həbs olunsun.
Düşünürəm ki, bunlar bu qədər bəsit olmamalıdır.
- Əsas silahdaşları kimlər olublar?
- O dövr siyasi elitada kimlər var idisə, onlar.
Saleh Güllücinski 1934-1935-ci illərdə Xalq Torpaq Komissarlığının Siyasi bölməsinin rəis müavini və s.yüksək vəzifələrdə çalışıb.
Mikayıl Hüseynov və Hənəfi Zeynallı dindiriləndə onun adını çəkiblərsə, deməli, onlar Saleh Güllücinskini tanıyıblar.
Saleh Güllücinskinin qohumları repressiya illərinin qorxusundan indi belə onun yoldaşları haqqında heç nə danışmırlar.
Həbs olunandan sonra yaxınları ondan aylarca xəbər almağa çalışıblar.
Bir neçə aydan sonra NKVD (Xalq Daxili İşlər Komissarlığı) əməkdaşı onu axtarmaqdan yorulmayan bacısı Ləzifə xanıma deyib ki, qardaşının boynuna daş bağlanılaraq dənizə atılıb.
DTX arxivindən əldə etdiyim məumata görə, Saleh Güllücinski 1938-ci il 3 yanvar tarixində güllələnib.
- Saleh Güllücinski və yoldaşları kommunist olublar.
O illərdə kommunistlərin kütləvi repressiyasının birbaşa baiskarı kim olub?
- Bağırov və Beriya müsavatçı olublar.
O illərdəki kommunistlər əvvəl müsavatçı olublar, sonra kommunist.
Bir-birlərinin sirləri açılmasın deyə də ola bilər.
Əli bəy Zizikski ilə də Bağırov yaxın olub.
Sonradan isə Ziziksi məhv edilib.
- Saleh Güllücinski və yoldaşlarının Azərbaycan Cümhuriyyətinə qarşı münasibətləri necə olub?
- Saleh Güllücinski İrəvanda yaşayıb.
İrəvan inzibati ərazi olaraq Azərbaycan Cümhuriyyətinin ərazisi olmayıb.
Qırğın nəticəsində İrəvandan qaçqın düşənlərin bu şəhərə qayıtması üçün mübarizə aparıb, imza toplayıb.
- Saleh Güllücinskidən yadigar nə qalıb?
- Onun bir övladı olub:Ələsgər.
Atası güllələnəndə 10 yaşı olub.
Sonra Ələsgərin də iki övladı olub, amma Ələsgər gənc yaşında vəfat edib.
Saleh Güllücinskinin qohumlarından hazırda yaşayanlar var.
Repressiya illərində ordenlə təltif olunduğu zaman çəkilən fotoşəkil, əlyazmaları yandırılıb.
Saleh Güllücinskinin İrəvanda yaşayan bacısının əri Salehə aid nə şəkil varsa, qorxudan yandırıb.
Saleh Güllücinskinin bacısı bəzi şəkilləri tövlədə - suvağın altında gizlədib.
Məndə olan şəkillər də həmin şəkillərdir.
- Repressiya olunan şair və yazıçıların əlyazmaları dövrümüzə gəlib çatıb:Əhməd Cavad, Hüseyn Cavid və s.O illərdə sanki saf kommunistlərə daha çox təzyiqlər olub.
- Rza Vəlibəyovun İrəvanda 1969-cu ildə nəşr olunan “Keçmişdən səhifələr” kitabı var.
Rza Vəlibəyov Ermənistan SSR xalq ədliyyə komissarı, Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini, “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrində çalışıb.
İrəvan şəhərində Fəxri panteonda dəfn olunan yeganə azərbaycanlıdır.
Rza Vəlibəyov kitabında daşnaklara qarşı mübarizə aparan Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlınski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh edib.
Vedidə icraiyyə komitəsinin sədri işlədiyi zaman Saleh Güllücinski Abbasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edib.
Vedidə çalışarkən Saleh Güllücinski daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalinin Türkiyədən, İrandan yurdlarına geri dönmələri üçün əlindən gələni edib, lakin Ermənistan hökuməti İrandan, Türkiyədən gələn erməniləri Vedibasara yerləşdirməyə başlayıb.
Əziz Ələkbərlinin “Vedibasar mahalı” kitabında da bu məlumatlar öz əksini tapıb.
- Saleh Güllücinskinin fəaliyyətinin tədqiqi ilə bağlı qohumları tərəfindən daha əvvəl təşəbbüs olubmu?
Saleh Güllücinskinin anası mənim babamın bibisidir.
Mənim babamın atası, qardaşı təhsilli olublar - seminariya bitiriblər.
Hətta babamın bir qardaşı Peterburqda təhsil alıb.
Mənim itkin düşən qohumlarım Saleh Güllücinskinin anası Leyli xanım tərəfdən olan qohumlarımdır.
İrəvanda sayılıb-seçilən ailə olublar.
Kərbəlayı Cəfərin 8 oğlu və 1 qızı olub.
Kərbəlayı Cəfərin bacısı Leyli xanım, Saleh Güllücinskinin atası Məşədi Teymurla qohum olub.
Kərbəlayı Cəfərin oğlanları - Əlirza, Məmmədrza, Zeynalabdin, Həsən, Hüseyn, ən kiçikləri Kazım.
Bütün oğullarının adı indi yadımda deyil.
Kazım uşaq vaxtı rəhmətə gedib.
1918-ci ildə Gəncədə Yeni İrəvan məhəlləsində məskən salıblar.
Saleh Güllücinskinin əmiləri ilə Yeni İrəvanda bir məhəllədə qalsalar da, bir-birlərindən xəbər tutmayıblar.
Məşədi Teymur oğlu Saleh Güllücinski güllələndikdən sonra, 1944-cü ildə Gəncədə ölüb.
Müharibə illəri olduğundan Məşədi Teymurun ölümündən qızları 1 ay sonra xəbər tutub.
Məşədi Teymurun Gəncədə dəfn edildiyi qəbiristanlıq ərazisində indi Şəmkir avtovağzalı yerləşir.
Məşədi Teymurun məzarı qalmayıb.
Saleh Güllücinskinin qardaşı Məmməd Güllücinski isə İkinci Dünya müharibəsi zamanı Almaniyada əsir düşüb.
- Sizin qohumlarınızın da içində itkin düşənlər olub.
- Mən öz soyağacımızı öyrənmək üçün bu yola girdim.
Saleh Güllücinskini araşdıraraq onlar barəsində məlumat öyrənmək yolunu seçdim.
Prezident kitabxanasına Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə görüşə getmişdim, təsədüfən Jalə adlı xanımla (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Nadir ədəbiyyat fondunun müdiri Jalə Qurbanlı - red.)
tanış oldum..Söhbət zamanı o mənə dedi ki, Saleh Güllücinskinin anasının dayısı da var.
Beləcə mən 100 ildən sonra İrəvanda itkin bildiyim qohumlarımdan bir iz tapdım.
Heç bir zaman babamın bacısı və babam İrəvanın adını çəkməyiblər.
Sanıram, yaşadıqları dəhşətli hadisələri unutmaq üçün.